Bu yerə qədər marşrutu Google Maps-də göstər baxış sayı: 175451

TƏSVİR

«Baku Caviar Boutique» satış mərkəzindən daha böyük bir məna kəsb edən məkandır. Bura ziyarətçilərin həqiqi dəbdəbəli həyat tərzinə daxil ola biləcəyi nəfis bir yerdir.

Butikin birinci mərtəbəsində Bakı Caviar kürüsünün ən nəfis növlərini, balıq delikateslərini, lüks spirtli içkiləri, bal, zəfəran və dizayner suvenirlərini ala biləcəyiniz bir mağaza yerləşir.

Baku Caviar Boutique -in ikinci mərtəbəsində qonaqlar müxtəlif növ kürü və balıqlardan hazırlanan təamlardan dadaraq unikal qastronomik təcrübə yaşaya bilərlər.

Butikin damında isə İçərişəhərə açılan gözəl mənzərəli bar və istirahət zonası olan rahat bir teras var.

“Baku Caviar” zəngin Azərbaycan kürü istehsal ənənələri və müasir texnologiyaların bənzərsiz bir simbiozunu təmsil edir. Biz kürünü orijinal formada istehsal edirik - yalnız kürü və 3,5% duz, qoruyucu maddələr olmadan.
Biz istehsala şüürlu şəkildə yanaşırıq və təbıətin qayğısına qalırıq. Satılan hər bir kürü qabına Xəzərə 10 nərə balığı buraxırıq.
Birinci dərəcəli məhsul yaradıb və Xəzər dənizində nərə balığının gələcəyini təmin edərək əfsanəvi Azərbaycan kürüsünün keçmiş şöhrətinin qaytarılmasında iştirak etməyimizlə fəxr edirik.




VİRTUAL TUR