Bu yerə qədər marşrutu Google Maps-də göstər baxış sayı: 978276

TƏSVİR

Ünvan: M.A.Sabir küç.75, Şəmkir AZ5700, Azərbaycan
Tel: (+994 22) 305 21 50
Mob: (+994 55) 208 57 00
Web: www.excelsiorhotelshamkir.az

Şəmkir şəhəri Bakıdan 400 km aralıda, Kiçik Qafqaz dağlarının Şimal-Qərb ətəklərində, Cəyirçay çayının sahilində, şərabı ilə məşhur olan Dəllər kəndinin 4 km-də yerləşir(+. 2013-cü il 10 sentyabr tarixində bu gözəl şəhərdə “Excelsior Hotel Shamkir” oteli açıldı.

Otelin daxil olduğu “Synergy Group” şirkəti kompleksin tikintisində alman üslubundan istifadə etmək qərarına gəlmişdir. “Excelsior Hotel Shamkir” “Renaissance Construction Azerbaijan” şirkəti tərəfindən layihələndirilmiş və inşa edilmişdir. Otelin binası ən qabaqcıl alman ənənələrinin təzahürüdür.

“Excelsior Hotel Shamkir” həm xaricdən, həm də interyerinə görə tamamilə şıq görünüşə malikdir. Alman dəst-xətti hər bir detalda özünü göstərir. Otelin binası gözəl parkla əhatə olunub, burada nəinki təmiz dağ havası almaq, həm də şəhərin səs-küyündən uzaqda, çoxəsrlik ağacların altında dincəlmək mümkündür.

Aktiv istirahəti sevənlər üçün bura əsl cənnətdir. “Excelsior Hotel Shamkir” özündə Azərbaycanın qərb regionlarının inkişafının müasir istiqamətlərini əks etdirir. İşçi heyətin böyük bir hissəsini yerli əhalinin nümayəndələri təşkil edir. Şəhərdə yeni istirahət obyektləri açılır. Belə istirahət obyektlərindən biri də Şəmkir İstirahət Mərkəzidir. Burada ailəliklə istirahət etmək olar. Bütün bu faktları, həmçinin mülayim iqlim xüsusiyyətlərini (qışda – 2С-dək, yayda 25С-dək) nəzərə alıb demək olar ki, “Excelsior Hotel Shamkir” tez bir zamanda istirahət sevərlərin sevimli məkanına çevriləcək.

“Excelsior Hotel Shamkir” otelinə xoş gəlmişsiniz!




VİRTUAL TUR