Bu yerə qədər marşrutu Google Maps-də göstər baxış sayı: 1004601

TƏSVİR

Ünvan: Neftçilər Prospekti 123a, Bakı, Azərbaycan

Müdriyyət: (+994 12) 493 72 87, (+994 12) 493 97 19

Mədəni inkişaf və xarici əlaqələr şöbəsi: (+994 12) 493 58 83

Bədii təhsil və tədris proqramları şöbəsi: (+994 12) 598 37 31

E-mail: museum@museumcenter.az

Web: http://www.museumcenter.az/index/lang,az/

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin binası Bakı şəhərinin mərkəzində, Dənizkənarı Milli parkın yaxınlığında yerləşir. Bina 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı V.İ.Lenin Muzeyinin filialı kimi istismara verilib.

1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmiş və Muzey Mərkəzi adını almışdır.

Bu binada aşağıdakı muzeylər yerləşir:

Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi,

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi.

Azərbaycan İstiqlal Muzeyi.

Azərbaycan Dövlət Din Tarixi Muzeyi

Eləcə də dördüncü mərtəbədəki beş zalda yerləşir:

- Şəhərimizin ən böyük və gözəl qalereyalarından biri – Sərgi Qalereyası

- Təqdimat mərasimləri, konsertlər və başqa dövlət tədbirlərini keçirmək üçün şüşə tavanlı Dairəvi zal

- Muzey Mərkəzinin Akt zalı binanın ikinci və üçüncü mərtəbələri arasında yerləşir. Burada konfranslar, dəyirmi masalar, seminarlar, simpoziumlar, kino-axşamlar və başqa tədbirlər keçirilir.




VİRTUAL TUR