Bu yerə qədər marşrutu Google Maps-də göstər baxış sayı: 978085

TƏSVİR

Ünvan: Pik Palace, Şahdağ Qusar-Ləzə Yolu 29-cu km, Azərbaycan

Telefon: (+994 12) 310 20 10

E-poçt: pikpalacereservations@absheronhotelgroup.com

Web: https://pikpalaceshahdag.com/az

Əzəmətli dağların arasında yerləşən Pik Palace Şahdağ Oteli heyranedici mənzərəli 167 geniş yataq otağı və lüks nömrələr təklif edir. Otaqlarda böyük ölçülü çarpayılar, rahat istirahət və iş sahələri, yerdən tavana qədər olan böyük pəncərələr və Fransız eyvanlar kimi özəlliklər vardır.

Mərmərdən düzəlmiş enli hamam otaqları həm cütlüklərin, həm də ailələrin maksimum rahatlığı üçün ikili əl-üz yuyan, rahat vanna, duş kabinəsi və ayrı tualet sahələri ilə təchiz olunmuşdur.

Bütün qonaq otaqlarında aşağıdakılar daxil olmaqla ən müasir şərait yaradılıb:

Fərdi istilik və döşəmə isitmə sistemi; Təmiz dağ havasına açılan pəncərələr

Kabel və peyk kanalları ilə təmin olunmuş 42 düymlük düz ekranlı televizor və iHome sistemi; Simli və Simsiz Internet

Geniş iş masası və seyf; Minibar və espresso maşını; Ayrı vanna, duş kabinəsi və BVLGARI-dən eksklyuziv hamam ləvazimatları

Fen, ütü və ütü stolu, xalat və tərliklər; Antiallergen yastıqlar, uşaq çarpayısı və əlavə çarpayı (sifariş əsasında)




VİRTUAL TUR